Səbətiniz boşdur.
Səbətiniz boşdur.
Əldə edilmiş məhsulu hər hansı səbəbdən geri qaytarmaq yaxud dəyişdirmək istəyirsinizsə, məhsul sizə çatdırıldığı gündən etibarən 14 gün ərzində geri qaytara, dəyişdirə və ödənişinizi geri ala bilərsiniz.
Geyimlərin qaytarılma şərtləri:
-Geyimlərin etiketi mütləq şəkildə məhsulun üzərində, tam zədəsiz formada olmalıdır.
-Sifariş təhvil verilən zaman sizə təqdim olunmuş qəbzin kuryerə təhvil verilməsi mütləqdir.
-Məhsulun bütün əlavə aksessuarları (əgər varsa) tam vəziyyətdə olmalıdır.
-Əgər məhsulun üzərində hər hansı bir hədiyyə göndərilmişdisə, o zaman hədiyyələr də tam, zədələnməmiş halda geri qaytarılmalıdır.
-Qaytarılma zamanı sizə təqdim olunan blankda (sənəddə) sifarişin geri qaytarılması səbəblərini, qaytarılmanın bütün detallarını dolğun şəkildə qeyd etməlisiniz.
QEYD: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən satın alınmış aşağıdakı məhsullar geri qaytarılmır və dəyişdirilmir:
1. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
2. Parfümeriya-kosmetika malları.
3. Kişi, qadın və uşaq çimərlik paltarları.
4. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
5. Məişət-kimyası malları.
6. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
7. Uşaq oyun və oyuncaqları.
8. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları və iç geyim.
9. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
10. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
Sifarişin geri qaytarılması və dəyişdirilməsi vasitəsi:
- Kuryer vasitəsilə (bu zaman geri qaytarılma üçün əlavə kuryer haqqı - 5 AZN - müştəri tərəfindən ödənməlidir.)
QEYD: Qaytarılma zamanı əməkdaşımız tərəfindən məhsula baxış keçirilir, əgər məhsul ideal vəziyyətdə olarsa, qaytarılma edilir.
Poçt vasitəsilə çatdırılmış sifarişlərin geri qaytarılma şərtləri:
-Rayonlardan, digər şəhər və ölkələrdən olan sifarişlərin geri qaytarılması poçt vasitəsilə həyata keçirilir.
-Yaranmış əlavə poçt haqqı alıcı tərəfindən ödənilməlidir.
Qaytarılma zamanı ödənişin geri qaytarılması
- Məhsulun qaytarılma günündən etibarən məbləğin geri qaytarılması haqda banka sorğu göndərilir və sizin bankınız öz iş prinsipində nəzərdə tutulmuş (təxminən 1-14 iş günü) müddətdə ödəmiş olduğunuz məbləği sizin balansınıza geri qaytarır.